Muzeyin inciləri
Azərbaycanın ilk təbii sərbəst səpinti qızılı
Azərbaycanın ilk təbii sərbəst səpinti qızılı

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın əldə etdiyi böyük iqtisadi uğurlarından birini Milli Azərbaycan Tarixi Muzeyində qorunan Azərbaycanın ilk təbii sərbəst səpinti qızılı nümayiş etdirir. 910- 980 əyarlı, 573,32 q çəkisi olan bu qızıl Başkənd (Naxçıvan Muxtar Respublikası) və Kürəkçay (Göygöl rayonu) yataqlarından hasil edilmişdir. Qızıl, Azərbaycanın mərmər oniksindən və nefritoidindən hazırlanmış Faberje yumurtası formalı fiqurun üzərindəki günbəzvari şəffaf plastmas qapağın içinə tökülmüş, altlığı isə şəffaf plastmas sarkofaqın içərisinə yerləşdirilmişdir. Bu qızıl 2004-cü ildə təcrübi-sınaq işləri prosesində əldə olunmuş və 2006-cı ildə Prezident İlham Əliyevin tapşırıgı ilə muzeyə hədiyyə edilmişdir.

Eksponat haqqında məlumat
Adı:
Azərbaycanın ilk təbii sərbəst səpinti qızılı
Dövr:
2004-cü il
Tapıldığı yer:
Başkənd (Naxçıvan Muxtar Respublikası) və Kürəkçay (Göygöl rayonu)
Ölçüləri:
910- 980 əyarlı, 573,32 q.
İnventar nömrəsi:
XF 263