Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında azərbaycanlıların Rusiya ordusu tərkibində döyüş fəaliyyətini əks etdirən çoxsaylı ekponatlar arasında Georgi silahı da saxlanılır. Üzərində “İgidliyə görə” yazısı olan bu silah Rusiya imperiyasında ən şərəfli döyüş ordeni olan Müqəddəs Georgi ordeninə bərabər tutulurdu. Muzeydə qorunan silah şaşka növünə aiddir, tiyəsi poladdan, ucu az sivri, dəstəyi isə ikihaçalıdır. İmperiya dövründə Georgi silahı ilə 30-dan çox azərbaycanlı təltif olunmuşdur. Onların arasında generallar Cəfərqulu ağa Cavanşir, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Kəlbalı xan və Hüseyn xan Naxçıvanskilər, həmçinin onlarla digər azərbaycanlı zabit və əsgər var idi.
Ətraflı keçiddə: http://azhistorymuseum.gov.az/az/news/3545