Muzeyin inciləri
Məcidiyyə nişanı
Məcidiyyə nişanı
 
 
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi tarixi fənn materialları fondunda h. 1268-ci ilə aid Məcidiyyə nişanı qorunur. Günəş formasında olan gümüş nişanın yuxarı hissəsində beşguşəli ulduz və aypara, ondan aşağıda yeddi bucaqlı şüalar olan ulduzun guşələrində yeddi aypara-ulduzlar, mərkəzdəki qırmızı minadan olan dairənin üzərinə qızılı rəngli ərəbcə yazılar – “səadət”, “qeyrət”, “hamiyyət” və “1268” (m. 1851-ci il. Nişan Osmanlı sultanı Əbdülməcidin hakimiyyəti dövründə təsis edilmişdir) həkk edilmişdir. Dairənin daxilində Osmanlı tuğrasının təsviri, nişanın arxa tərəfində isə aypara daxilində Osmanlı zərbxanasının möhürü ("Zərbixanə Əmiri") vardır.
 
Məlumdur ki, 1918-ci ildə Azərbaycan Cümhuriyyətinə hərbi kömək göstərmək üçün Qafqaz İslam Ordusu yaradılmışdı. Azərbaycanda həmin dövrdə təltif nişanları olmadığından Azərbaycan hərbçiləri də Osmanlı dövlətinin orden və medalları ilə təltif edilirdi. Hazırda Türkiyə Cümhuriyyətinin hərbi arxivlərində azərbaycanlı hərbçilərin təltifləri barədə məlumatlar olan sənədlər qorunur.
 
Eksponat haqqında məlumat
Adı:
Məcidiyyə nişanı
Dövr:
XX əsrin əvvəlləri
Tapıldığı yer:
Bakı
Ölçüləri:
diametri – 60 mm, uzunluğu – 95 mm
İnventar nömrəsi: