Muzeyin inciləri
Bast heykəlciyi
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan, son tunc və erkən dəmir dövrünə aid pişikbaşlı, qadınbədənli Bast ilahəsi sol əlində egida – ilahənin vəhşi aspektinin təcəssümü olan şirbaşlı simvol ilə təsvir olunmuşdur. Tuncdan tökülmüş antropomorf fiqurlu kiçik heykəlciyin bir qədər irəli uzadılmış sağ əli hazırkı vəziyyətdə boş olsa da, barmaqlarının vəziyyəti və aradakı dəlik ilahənin əlində ənənəvi olaraq, yəqin ki, sonradan qırılıb itmiş sistr – şax-şaxlı zərb musiqi alətinin olduğunu təsdiq edir. Dördkünc altlıq üzərində yerləşdirilmiş bu heykəlcik Azərbaycan ərazisində hələ ki, yeganə tapıntı olsa da, onun oxşar nümunələri dünyanın bir çox muzeylərində, o cümlədən Rusiyada Dövlət Ermitajında qorunur.
Eksponat haqqında məlumat
Adı:
Bast heykəlciyi
Dövr:
Son tunc və Erkən dəmir dövrü
Tapıldığı yer:
Gəncə
Ölçüləri:
hündürlüyü 10,5 sm
İnventar nömrəsi: