Muzeyin inciləri
Mis armudu stəkan
Mis armudu stəkan

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda Səfəvilər dövrünə aid estetik görünüşlü mis armudu stəkan qorunur. Azərbaycan xalqının məişət, həmçinin süfrə mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan armudu stəkanlar dəyərli nümunə kimi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalqının etnik-mədəni təfəkküründə formalaşmış milli, etik dəyərlərə görə qonağa daim böyük ehtiram göstərilmişdir. Təsadüfi deyil ki, azərbaycanlılar evə gələn qonağa ləziz yeməklər hazırlayar və onu süfrəyə ən yaxşı qablarda, çayı isə ”armudu” adlanan xüsusi stəkanlarda təqdim edirlər. Bu stəkanlar estetik görünüşü ilə bərabər, həm də istilik saxlama qabiliyyətinə malik olub, çayın gec soyuması üçün əlverişli idi. 

Eksponat haqqında məlumat
Adı:
Mis armudu stəkan
Dövr:
XVI-XVII əsrlər
Tapıldığı yer:
Azərbaycan
Ölçüləri:
hündürlüyü 9,5 sm, diametri 7 sm
İnventar nömrəsi:
EF 5925