Vətən Müharibəsi Fondu 2021-ci ilin yanvar ayında Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə yaradılmışdır. Fondun yaradılmasında məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan həmvətənlərimizə məxsus geyim, xatirə əşyaları, sənədlər və fotoların toplanması, qorunması, tədqiqi və təbliğidir. Fonda Azərbaycan Respublikasının güc strukturlarının Vətən Müharibəsində istifadə etdikləri geyim və ideoloji vəsaitlər də daxil edilmişdir. Hazırda 100 - dən artıq inventarı olan Vətən Müharibəsi Fondu yeni materialları qəbul etməkdədir. Fondda Azərbaycanın Milli Qəhrəmanları general -mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, polkovnik Şükür Həmidov və Çingiz Qurbanova məxsus əşyalar və fotolar mühafizə olunur. Vətən Müharibəsi fondunda mühafizə olunan materiallar arasında Azərbaycan ordusunun torpaqlarımızın azad edilməsi zamanı erməni hərbçilərindən hərbi qənimət kimi götürdükləri nümunələr də yer alır. Fondun müdiri Şəfa Mövsümovdur .