Köməkçi materiallar fondu
Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi materiallar fondu 1979-cu ilin yanvar ayında yaradılıb. Fondda Azərbaycan tarixinin müxtəlif dövrlərini özündə əks etdirən materiallar mühafizə olunur. Fondun tərkibi əsasən fotoşəkillərdən, qəzet materiallarından və sənədlərdən ibarətdir. Fondun materialları arasında XX əsrdə mədəniyyət və incəsənət, iqtisadiyyat və kənd təsərrüfatı, Birinci və İkinci Dünya Müharibələri, müasir dövrə də aid sənədlərin surətləri qorunur. Hazırda fondda 7189 saxlanma vahidi mühafizə olunur. Buradakı materialların əksəriyyəti orjinal olmasa da, hər birinin xüsusi tarixi əhəmiyyəti vardır. Fonda vaxtilə S.Cahangirova, R.Sultanov, S.Axundova rəhbərlik edib. Hal-hazırda fondun müdiri Mehriban Mehdiyevadır.