Bizimlə öyrən
02 İyun, 2021
“31 mart 1918-ci il” (Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda qorunan materiallar əsasında)
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova, “Elmi kütləvi iş və təhsil” şöbəsinin baş mütəxəssisi Pərvanə Əzimova və “Sənədli Mənbələr” Fondunun müdiri Esmira Rəhimovanın təklif və tərtibatı ilə hazırlanan slaydda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda qorunan 1918-ci il fotolarının surətləri əsasında Bakı, Şamaxı, Ağsu, Göyçay, Kürdəmir, Salyan hadisələri əks edilmişdir.
Qeyd: 1918-ci il hadisələrindən sonra çəkilmiş bu fotoların əsli ABŞ-da şəxsi kolleksiyada qorunurdu. T.e.d., professor Solmaz Tohidi bu fotoları Azərbaycana gətirmişdir.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, hazırda Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov 2015-ci ildə bu fotosurətləri (100-dən artıq) muzeyin fonduna təhvil vermişdir.