Bizimlə öyrən
02 İyun, 2021
Muzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" adlı layihənin növbəti sayı baş tutub
Milli Azərbaycan Tarixi Muzeyi gənc nəslin təlim-tərbiyəsində hər zaman aparıcı mövqe tutub. Bu məqsədlə Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlının rəhbərliyi ilə keçirdiyimiz "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" adlı layihəmiz müsbət mənada geniş rezonans doğurmuşdur. Layihəmizin bu dəfəki sayı 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunmuşdur. "Qarabağın sehirli xalçaları" adlı bu dəfəki sayımızın iştirakçıları olan S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdləri - Gülnur Hüseynli, Zəhra Fərzəlizadə, Nicat Babaxayev, Fatimə Səfərəliyeva və Nəsimi rayon Texniki-Humanitar liseyin şagirdləri - Ayan Əliyeva, Sədaqət Nəcəfzadə, Çiçək Səfərova, Rəcəb Yusifov, Cəfər Orucov Muzeydə qorunan, Qarabağın mədəni irsini özündə ehtiva edən xalçaların şəklini çəkiblər.
Layihəmizin bu dəfəki sayında göstərdikləri dəstəyə görə Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının "Gənc bələdçi" dərnəyinin rəhbəri Günel Quliyevaya, təsviri incəsənət müəllimi Sədaqət Abbasovaya və Texniki-Humanitar liseyin tarix müəllimi Cəmilə İmamverdiyevaya, təsviri incəsənət müəllimi Asya Məmmədovaya öz təşəkkürümüzü bildiririk.