Muzeydə fəaliyyət göstərən “Arxeo” klubunun “Arxeoloji incilərimiz: qazıntıdan fonda” adlı layihəsi çərçivəsində növbəti tədbiri həyata keçirildi. Tədbiri açan “Arxeo” klubun rəhbəri Esmira Rəhimova klubun fəaliyyət istiqaməti, məram və məqsədləri, təşkil etdiyi tədbirlər haqqında geniş məlumat verib.
Tədbir üçün seçilən mövzunun aktuallığından söhbət açıb.
Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d Nasir Quluzadə «Sualtı arxeologiya» mövzusunda geniş məruzə edib.
Məruzədə sualtı arxeologiyanın sirrlərindən söhbət açıb, qazıntıların aparılması, tapıntıların qeydiyyatı üsullarından bəhs edilmiş artefaktların informasiya yükü ilə bağlı zəruri məlumatlar klub üzvlərinin diqqətinə çatdırılmışdı. Məruzənin sonunda klub üzvlərinin sualları cavablandırılıb.
Layihə iştirakçıları məruzə ilə bağlı öz təəssüratlarını bölüşmüş, tədris prosesində aldıqları nəzəri biliklərin eksponatlarla əyani tanışlıq zamanı daha dərinləşdiyini və yeni-yeni məlumatlar əldə etdiklərini bildirmişlər.
Layihənin həyata keçirilməsində əsas məqsəd “Arxeo” klubun nizamnaməsinə uyğun olaraq məktəblilərə və gənc nəslin digər nümayəndələrinə milli-mənəvi dəyərlərimizi daha da sevdirmək, onların arxeologiya sahəsində biliklərini artırmaq, maddi mədəni irsimiz və tarixi abidələrimiz haqqında təsəvvürlərini zənginləşdirməkdən ibarətdir.