3 hissədən - mühazirədən, kvest formasında qurulmuş oyundan və praktik dərsdən ibarət olan proqramın birinci hissəsində muzeyin Arxeologiya elmi-fond şöbəsinin əməkdaşı Mircavid Ağalarov tərəfindən şagirdlərə sərgi əsasında Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti haqqında mühazirə oxunub.
İkinci hissədə isə İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı tərəfindən intellektual kvest formasında oyun təşkil olunub. Üçüncü hissədə isə Şöbənin əməkdaşları - Lalə Məmmədova və Nigar Əhmədli tərəfindən şagirdlərə muzeydə qorunan qədim uşaq oyuncaqlarının oxşarının milli ornamentlərlə rənglənməsi öyrədilib.
Sonda Şöbə müdiri Fəridə Şəmsi tərəfindən şagirdlərə sertifikatlar təqdim olunub və H.Z.Tağıyevin ev muzeyinə ekskursiya ediblər.