Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə “Yurdumuza Novruz gəlir, yaz gəlir” adlı növbəti ustad dərsi keçirilib. Ustad dərsində Xətai rayonu 138 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib.
Xalqımız Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir. Ustad dərsində şagirdlər yumurta formasında olan gips fiqurlar üzərində rəngləmələr aparıb, kəndir dartma oyunu, Novruz şənliklərinin əsas personajlarından olan Keçəl ilə "yumurta döyüşü" oyunu oynayıblar.
Sonda şagirdlərə Novruz simvolikasından ibarət hədiyyələr paylanıb və H.Z.Tağıyevin ev muzeyinə, "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisinə ekskursiya təşkil olunub.
Ustad dərsi iştirakçıları hazırladıqları nümunələri özləri ilə aparıblar.