Bizimlə öyrən
14 Aprel, 2022
Muzeydə “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı növbəti interaktiv dərs keçirilib.

Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti haqqında əsaslı bilgiləri paylaşmaq və gənc nəslə milli-mənəvi dəyərləri aşılamaq məqsədilə muzeydə mütəmadi olaraq dərslər keçirilir.

İki hissədən ibarət olan bugünkü interaktiv dərsdə Sabunçu rayonu 213 saylı tam orta məktəbin şagirdləri iştirak edib. Birinci hissədə muzeyin əməkdaşı Qənirə Qafarlı şagirdlərə məşhur xeyriyyəçi H.Z.Tağıyevin həyat və fəaliyyətindən bəhs edib, daha sonra H.Z.Tağıyevin ev-muzeyinə təşkil olunan ekskursiyada muzeyin yerləşdiyi binanın tarixi və memarlıq üslubu haqqında şagirdlərə ətraflı məlumat verilib.

İkinci hissədə isə 7-16 yaş qrupu şagirdlər üçün nəzərdə tutulmuş intellektual oyun təşkil olunub.