Bizimlə öyrən
21 Aprel, 2022
Muzeydə "Xarıbülbül - Şuşanın simvolu" adlı növbəti ustad dərsi keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Xarıbülbül - Şuşanın simvolu" adlı növbəti ustad dərsi keçirilib. Ustad dərsində Qərb Universiteti Tam Orta Məktəbin şagirdləri (rus bölməsi) iştirak edib.
Tədbir iştirakçılarına Xarıbülbül çiçəyi formasında aksesuar düzəldilmə və rənglənmə qaydası öyrədilib. Sonra muzeyin Fotoneqativ Materiallar fondunun müdiri Afət Kərimova Qarabağ xanlığına aid olan, muzeydə qorunan eksponat- Şuşa qalasının açarı haqqında ətraflı məlumat verib.
Sonda H.Z.Tağıyevin ev muzeyinə, "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisinə ekskursiya təşkil olunub. Ustad dərsi iştirakçıları hazırladıqları nümunələri özləri ilə aparıblar.