Bizimlə öyrən
22 Aprel, 2022
Muzeydə "Xarıbülbül - Şuşanın simvolu" adlı növbəti ustad dərsi keçirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Xarıbülbül - Şuşanın simvolu" adlı növbəti ustad dərsi keçirilib. Ustad dərsində Qərb Universiteti Tam Orta Məktəbin şagirdləri (rus bölməsi) iştirak edib.

Tədbir iştirakçılarına gips fiquru üzərində buta naxışının rənglənməsi və Xarıbülbül çiçəyi formasında aksesuar düzəldilmə qaydası öyrədilib. Sonra muzeyin əməkdaşı Ayəndə Dadaşova tərəfindən H.Z.Tağıyevin ev muzeyinə, "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisinə ekskursiya təşkil olunub. A.Dadaşova ekskursiya zamanı şagirdlərə ətraflı məlumat verib


Ustad dərsi iştirakçıları hazırladıqları nümunələri özləri ilə aparıblar.