Bizimlə öyrən
14 Noyabr, 2022
Muzeydə "Şuşanın nurlu butası" adlı növbəti ustad dərsi keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində "Şuşanın nurlu butası" adlı növbəti ustad dərsi keçirilib. Nəzəri və praktik hissələrdən ibarət olan dərsdə Bakı şəhəri Sabunçu rayonu 72 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib.
Muzey əməkdaşları tərəfindən şagirdlərə "Xarıbülbülün vətəni - Şuşa" sərgisində eyni adlı interaktiv dərs keçirilərək, sərgidə nümayiş olunan, Şuşanın tarix və mədəniyyətinin müxtəlif dövrlərini əks etdirən muzeyin zəngin kolleksiyası haqqında ətraflı məlumat verilib.
Sonra uşaqlara gips fiquru üzərində buta ornamentinin rənglənməsi qaydası öyrədilib. Şagirdlər, həmçinin, müxtəlif intellektual-əyləncəli oyunlar oynayıb, pazllar qurublar.
Sonda H.Z.Tağıyevin ev muzeyinə ekskursiya təşkil olunub.