Bizimlə öyrən
01 Mart, 2023
Muzeydə Novruz bayramına həsr olunmuş silsilə ustad dərsləri keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində Novruz bayramına həsr olunmuş “Novruz macəraları” adlı silsilə ustad dərsləri keçirilib. Ustad dərslərində Bakı İstanbul liseyinin məktəbəqədər hazırlıq qrupunun şagirdləri iştirak edib. Şagirdlər “Kosa”, “Keçəl” və “Bahar qızı”nın iştirak etdiyi əyləncə proqramını izləyib və Novruz bayramı atributlarını tanımaq üçün komanda şəklində oyunlar oynayıblar.

Sonda şagirdlər üçün H.Z.Tağıyevin ev muzeyinə və "Xarıbülbülün vətəni -Şuşa" sərgisinə ekskursiya təşkil olunub.