"Elm" qəzetində 18 May Beynəlxalq Muzeylər günü ilə bağlı sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərovanın "Хранилища исторической памяти" (Tarixi yaddaşın xəzinəsi) adlı məqaləsi yerləşdirilib. Nəzmin Cəfərovanın sənətşünaslıq üzrə fəlsəfə doktoru, muzeyşünas Elfira Məlikovadan aldığı müsahibəyə əsasən məqalənin giriş hissəsində Azərbaycanda muzey işinin inkişafından, müasir cəmiyyətdə muzeylərin sosial-mədəni rolunun əhəmiyyətindən bəhs edilib.
Həmçinin E.Məlikova Milli Azərbaycan Tarixi Muzeyində fəaliyət göstərən "Gənc muzeyşünaslar və muzeysevərlər" klubu haqqında da ətraflı məlumat verib. Məqalədə qeyd olunur ki, Muzeydə Muzeyşunaslığın bir elm kimi digər elmlərlə inteqrasiyası kontekstində rolu önə çəkilərək ardıcıl olaraq silsilə tədbirlər keçirilir. Həmçinin məqalədə Klubun üzvləri və fəaliyəti haqqında geniş məlumat yer alır.
Qeyd edək ki, Azərbaycanın mədəni irsinin qorunub saxlanması, nümayiş etdirilməsi, tədqiq və təbliğ olunması, bütün dünyaya çatdırılması məqsədi ilə yaradılan klubun ideya müəllifi və layihə rəhbəri Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin elmi işçisi Sahibə Ələkbərovadır.
Məqalə ilə ətraflı keçiddə tanış ola bilərsiniz.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” adlı sərgi yeddi bölmədən ibarətdir.
2 iyul 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini vəzifəsini icra edən Bektur Bazakeçov Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” adlı sərginin açılış mərasimində iştirak edib.
İyulun 2-də Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” sərgisinin açılış mərasimi keçirilib.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” adlı sərgi yeddi bölmədən ibarətdir.
İyulun 2-də Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” sərgisinin açılış mərasimi keçirilib.
Birinci Türkoloji Qurultay yüz il əvvəl keçirilsə də, onun tarixi əhəmiyyəti bu gün də öz aktuallığını qoruyur.
İyulun 2-də Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” sərgisinin açılış mərasimi keçirilib.