Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümlü muzeydə həyata keçirilən tədbirlər və Vətən müharibəsi fondu barədə AZƏRTAC-a məlumat vermişdir. Ş.Mövsümlü qeyd edib ki, şəhidlərimizin hərbi formaları, fəxri fərmanları, təşəkkürnamələri, orden və medalları, eləcə də şəxsi əşyaları (saat, kompas, pulqabı və s.) onların yaxınları tərəfindən muzeyə təhvil verilib. Materiallar arasında şəhidlərimizin döyüş yoluna aid fotoları da diqqəti cəlb edir. İndiyədək 250 şəhidə aid materiallar fonda daxil edilib, ümumilikdə 2 mindən çox material inventarlaşdırılıb. Bu istiqamətdə iş davamlı şəkildə aparılır.
Həmçinin Ş.Mövsümlü qeyd edib ki, fond materialları əsasında gələcəkdə sənədli filmlərin və televiziya verilişlərinin çəkilişi də mümkün olacaq.
Ş.Mövsümlü muzeydə nümayiş olunan “Anadır arzulara hər zaman Qarabağ!” adlı sərgi barədə də məlumat verib.
Ətraflı keçiddə AZƏRTAC
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” adlı sərgi yeddi bölmədən ibarətdir.
2 iyul 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini vəzifəsini icra edən Bektur Bazakeçov Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” adlı sərginin açılış mərasimində iştirak edib.
İyulun 2-də Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” sərgisinin açılış mərasimi keçirilib.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” adlı sərgi yeddi bölmədən ibarətdir.
İyulun 2-də Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” sərgisinin açılış mərasimi keçirilib.
Birinci Türkoloji Qurultay yüz il əvvəl keçirilsə də, onun tarixi əhəmiyyəti bu gün də öz aktuallığını qoruyur.
İyulun 2-də Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” sərgisinin açılış mərasimi keçirilib.