Kolleksiyalar və incilər
Bərpa laboratoriyası
Muzey eksponatlarının bərpası Azərbaycan Tarixi Muzeyinin yarandığı vaxtdan həyata keçirilirdi. İlk əvvəl bərpa və konservasiya işləri əsasən arxeloji tapıntılar üzərində aparılırdı. Lakin muzeyin kolleksiyası müxtəlif eksponatlarla zənginləşdikcə, digər sahələr üzrə ixtisaslaşmış bərpaçı-mütəxəssislərin cəlb olunmasına zərurət yaranırdı. Laboratoriya əməkdaşlarının əksəriyyəti çoxillik bərpaçılıq təcrübəsinə və təhsilə malikdirlər. Hal-hazırda laboratoriyanın metal, keramika, ağac, tekstil (xalça və tikmə), boyakarlıq və qrafika üzrə ixtisaslaşmış 13 əməkdaşı var. Peşə səviyyələrini artırmaq üçün laboratoriya əməkdaşları mütəmadi olaraq bərpa və konservasiya məsələlərinə aid müxtəlif yeni nəşrlərə müraciət edir, qabaqcıl üsulları öz işlərində tətbiq edirlər. Laboratoriyanın fəaliyyəti 2010-cu ildə Muzeydə keçirilmiş “Muzey eksponatlarının ikinci həyatı” adlı sərgidə təqdim olunmuşdur.   Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyası