Muzeyin nəşrləri
20 Yanvar şəhidləri
20 Yanvar şəhidləri

20 Yanvar şəhidləri. Kataloq, Bakı, "Elm", 2018. 209 s.

Azərbaycan tarixinin ən vacib məqamlarını əyani olaraq əks etdirən yüz minlərlə materialı qoruyan Milli Azərbaycan Tarixi Muzeyi 20 Yanvar faciəsi ilə bağlı sənəd, foto, əşyaların toplanması işini həyata keçirir. Hazırda 300-dən artıq eksponat Muzeyin müvafiq fondlarında qorunmaqdadır. Oxuculara təqdim etdiyimiz kataloq AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr, Hədiyyələr və Xatirə Əşyaları, Silah və Bayraqlar, Neqativ, İncəsənət, Köməkçi Tarixi Fənn Materialları, Etnoqrafiya fondlarında qorunan materialları əks  etdirir. Burada hadisənin dəhşətini əks etdirən və artıq nadir muzey eksponatına çevrilmiş fotoşəkillər, qəzetlər, rəsm əsərləri, küçələrdən yığılan avtomat gilizləri toplanmışdır. 37 Qanlı Yanvar şəhidinin şəxsi əşyaları, o cümlədən güllə ilə deşilmiş paltarları, tibbi ekspertizanın rəyləri kolleksiyada xüsusi yer tutur.

Kitab haqqında
Adı:
20 Yanvar şəhidləri
Müəllif(lər):
Səbuhi Əhmədov, Emin Dadaşov, İnara Muradaliyeva. Elmi redaktor: akademik Nailə Vəlixanlı