Muzeyin nəşrləri
Bakının teatr həyatı
Bakının teatr həyatı

"Bakının teatr həyatı". Kataloq. Bakı, “Ziya”, 2013. 212 s.


Hal-hazırda Muzeyin fondlarında qorunan müxtəlif fotoşəkillər, afişa və proqramlar milli teatrın yaradılmasında iştirak edən məşhur səhnə və teatr xadimləri ilə yanaşı adları bu gün çağdaş oxucu və tamaşaçıya az məlum olan, lakin Azərbaycan teatrının inkişafında əhəmiyyətli rol oynayan səhnə fədailərinin adlarını da açıqlayır. Bu proqram və afişalar teatrların repertuarını öyrənmək, həmin teatrların müxtəlif dövrlərdə dəqiq adlarını müəyyənləşdirmək, benefis və yubileylərin kimə və nə vaxt həsr olunduqlarını bilmək və s. baxımından da böyük maraq doğurur. Təqdim olunan materiallar arasında fotoşəkillərin, sənətkarlara məxsus şəxsi əşyaların olması isə müxtəlif məqamların işıqlandırılması ilə yanaşı şəxsi münasibətlərin açıqlanmasına da kömək edir.

Kitab haqqında
Adı:
Bakının teatr həyatı
Müəllif(lər):
Nailə Vəlixanlı, Zərifə Dulayeva. Elmi redaktor: akademik Nailə Vəlixanlı