Muzeyin nəşrləri
Azərbaycan qədim və orta əsr silahları
Azərbaycan qədim və orta əsr silahları

Azərbaycan qədim və orta əsr silahları. Kitab-albom. Bakı, 2018, 32 səh.

Kitab-albomda muzeyin arxeoloji kolleksiyasında qorunan bəzi silah nümunələri haqqında müfəssəl məlumat verilib. Həmin nümunələrin bir qismi XX əsrin 20-80-ci illərində Şəki, Qazax, Qəbələ və Mingəçevir bölgələrinə, eləcə də Xəzər dənizi hövzəsinə təşkil edilmiş arxeoloji ekspedisiyalar zamanı tapılıb.

Kitab -albomda eyni zamanda, Daşkəsən, Lənkəran, Qazax, Naxçıvan və Azərbaycanın digər bölgələrində təsadüfi tapılmış silahlar haqqında məlumat verilmişdir. Bu silahlar hücum və müdafiə təyinatlı olmaqla, daş, metal, sümük və gil tərkiblidir. Onlardan qədim Daş dövründən orta əsrlərədək böyük bir zaman kəsiyində istifadə edilmişdir.

Kitab haqqında
Adı:
Azərbaycan qədim və orta əsr silahları
Müəllif(lər):
Səbuhi Əhmədov, Emin Məmmədov, Nurəngiz Qarayeva. Elmi redaktor: akademik Nailə Vəlixanlı