Muzeyin nəşrləri
Şirvanın bədii metalı
Şirvanın bədii metalı
Şirvanın bədii metalı. Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunun Nərgizava və Mollaisaqlı materialları. Bakı, 2012. 102 səh.
Tədqiqatlar təsdiq edir ki, Şirvan bölgəsi Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri kimi tunc dövrünün ilk çağlarından yüksək inkişaf mərhələsinə daxil olmuş, iqtisadi və siyasi münasibətlərin getdikcə yüksəlişi sosial təbəqələşməni, həmçinin dövlətin təşəkkülünü və inkişafını şərtləndirmişdir.
Bütün bu inkişaf prosesləri arxeoloji tədqiqatlar nəticəsində aşkar olunmuş maddi mədəniyyət abidələrində öz əksini tapmışdır.
Kataloq Azərbaycan və ingilis dillərində nəşr olunmuşdur.
Kitab haqqında
Adı:
Şirvanın bədii metalı
Müəllif(lər):
Nasir Quluzadə, Gennadi Ağayev. Elmi redaktor: akademik Nailə Vəlixanlı