Muzeyin nəşrləri
Əlifba
Əlifba
Əlifba Bakı, Elm və təhsil, 2020, 71 s.
“Əlifba” kitabı indiyədək gördüyün ənənəvi “Əlifba”lardan fərqlənir. Düşünürük ki, nəinki uşaqların və yeniyetmələrin eləcə də yaşlıların marağına səbəb olacaq bu kitab Milli Azərbaycan Tarixi Muzeyinin zəngin xəzinəsinin sirli qapılarını Sizlərin üzünə açacaq, Sizi Azərbaycanın qədim tarixi, maddi-mənəvi mədəniyyət nümunələri ilə tanış edəcəkdir. Bu maraqlı əşyaların bir çoxunun qədim adını Siz bəlkə də unutmusunuz, ya da ümumiyyətlə bu adlar Sizlərə yad görünür. Kitabın da adı təsadüfi deyil. Onun hər bir səhifəsi Sizə xalqımızın həyatında, məişətində işlənilən müxtəlif əşyalar haqqında məlumat verəcək, onların artıq dilimizdən çıxmış, çox vaxt anaxronizmə çevrilmiş adlarını yadınıza salacaqdır.
Kitab haqqında
Adı:
Əlifba
Müəllif(lər):
Məhfuzə Zeynalova. Elmi redaktor: akademik Nailə Vəlixanlı