Muzeyin nəşrləri
Azərbaycanda kağız pul nişanları və qiymətli kağızlar
Azərbaycanda kağız pul nişanları və qiymətli kağızlar

Azərbaycanda kağız pul nişanları və qiymətli kağızlar. Kitab-albom, Bakı, “Ziya”, 2013,96 səh.

Dövlətçiliyin əsas atributlarından biri olan, bu və ya digər dövlətin pul təsərrüfatında iştirak edən kağız pul nişanlarının nəşri ali hakimiyyət orqanları, ya da onları təmsil edən milli banklar tərəfindən həyata keçirilir.

Kağız pul nişanları dövlətin daxili iqtisadi potensialının, beynəlxalq aləmdə siyasi nüfuzunun önəmli göstəricisi olmaqla ölkənin həyatında baş verən iqtisadi-sosial prosesləri də əks etdirir, bədii, estetik və qrafik tərtibatı baxımından da xüsusi maraq doğurur. Müstəqil dövlətin ən vacib rəmzlərindən biri olan kağız pul həmin dövlətin tarixi, siyasi, iqtisadi vəziyyətini səciyyələndirən amillərdən biridir.

Kitab haqqında
Adı:
Azərbaycanda kağız pul nişanları və qiymətli kağızlar
Müəllif(lər):
Sənubər Qasımova, Rövşən Əhmədov. Elmi redaktor: akademik Nailə Vəlixanlı