Muzeyin nəşrləri
Maestro Niyazi
Maestro Niyazi

Maestro Niyazi. Kataloq. Bakı, "Elm", 2002, 126 s.

Muzeyin görkəmli Azərbaycan bəstəkarı və dirijoru Niyazinin 90 illiyinə həsr etdiyi Kataloq bu sahədə atılan ilk mühüm addımdır.

Maestro Niyazinin mükafatları, sənədləri, fotoşəkilləri, şəxsi əşyaları həyat yoldaşı Həcər xanım tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə verilmiş və xatirə kolleksiyasını təşkil etmişdir. Kolleksiya 273 saxlanma vahidindən ibarətdir və xüsusiyyətindən asılı olaraq Muzeyin dörd fondunda saxlanılır.

“Maestro Niyazi” kataloqu girişdən, böyük musiqiçi və ictimai xadimin həyat yolunu əks etdirən eksponatların fotoşəkillərindən və dörd bölmədən ibarətdir. 

Kitab haqqında
Adı:
Maestro Niyazi
Müəllif(lər):
Zərifə Dulayeva, Elmi redaktor: akademik Nailə Vəlixanlı