Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər. Bakı, "Elm-təhsil", 2016. 408 s.
Kitabda orta əsr ərəb tarixi və coğrafi mənbələri, eləcə də müvafiq elmi ədəbiyyat əsasında tarixi Azərbaycan torpaqlarının VII əsrin ortalarına yaxın yeni dünya imperiyasının – Ərəb Xilafətinin tərkibinə qatılması ilə başlanan, XIII əsrin əvvəllərində bölgənin iqtisadi mədəni yüksəlişinə müvəqqəti ara vermiş monqol hücumları ilə tamamlanan altı əsrlik dövrü əhatə olunmuş, həmin dövrün ərəbdilli on beş qaynağından Azərbaycana dair məlumatın şərhlərlə tərcüməsi verilmiş, ərəb işğal nəticəsində Azərbaycan və onun əhalisinin tarixi taleyində baş vermiş köklü dəyişikliklər araşdırılmış, Xilafətlə Azərbaycanın, eləcə də IX-XII əsr Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətlərinə dair bir sıra məsələ və problemlər tədqiq edilmişdir.
Kitab tarixçi şərqşünaslar, eləcə də Azərbaycanın erkən orta əsrlər dövrü tarixi coğrafiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.