Muzeyin nəşrləri
Azərbaycanın müdafiə silahları
Azərbaycanın müdafiə silahları

Azərbaycanın müdaifə silahları. Kataloq, Bakı, 2012, 80 s.

Muzeyin Silahlar və Bayraqlar fondunda qorunan silahlar sırasında Azərbaycanda istehsal olunmuş silahlar çoxluq təşkil edir.

Onların tədqiqi Azərbaycan hərb sənətinin və sənətkarlığının indiyənədək məlum olmayan tərəflərinin müəyyən edilib elmi dövriyyəyə daxil edilməsi, geniş ictimaiyyətə təqdim olunması işini asanlaşdırır. Təqdim olunan kataloqda Silahlar və Bayraqlar fondunda qorunan müdafiə silahları öz əksini tapmışdır.

Kataloqda müxtəlif növ qalxan, dəbilqə, cahar-ayna, zireh, qolçaq, ayaqlıq kimi müdafiə silahlarından məlumat verilir. Hər silah nümunəsinin inventar nömrəsi, düzəldilmə materialı, dövrü göstərilir. Silahların yüksək keyfiyyətli fotoşəkilləri onların bədii tərtibatını xırdalıqlarına qədər öyrənməyə imkan verir. Kataloq azərbaycan və ingilis dillərində çap olunmuşdur.

Kitab haqqında
Adı:
Azərbaycanın müdafiə silahları
Müəllif(lər):
Sevinc Vahabova. Elmi redaktor: akademik Nailə Vəlixanlı