Muzeyin inciləri
“20 Yanvar” xalçası
“20 Yanvar” xalçası

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında qorunan xalça “Milli naxışlar şirkəti”ndə, rəssam Fəxrəddin Əliyevin eskizi əsasında “Qanlı yanvar” hadisələrini əks etdirən maraqlı eksponatlardandır. Xalçanın mərkəzində Şimali və Cənubi Azərbaycanda xalqımıza qarşı törədilən qanlı qırğınların səhnələri, fəryad edən qara örpəkli qadın, iki Azərbaycanı birbirindən ayıran sərhəd məftilləri, dar ağacından asılmış adamlar təsvir edilmişdir. Xalçanın ətrafında xırda və iri medalyonların içərisində əski əlifba ilə böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından beytlər, ortada “20 yanvar 1990-cı il” sözləri həkk olunub.

Eksponat haqqında məlumat
Adı:
“20 Yanvar” xalçası
Dövr:
1990-cı il
Tapıldığı yer:
Ölçüləri:
İnventar nömrəsi:
EF 9073