Muzeyin inciləri
Bakı Universitetinin ilk möhürü
Bakı Universitetinin ilk möhürü

1932-ci ildə universitetin ilk azərbaycanlı rektoru Tağı Şahbazi Azərbaycan Tarixi Muzeyinə Bakı Dövlət Universitetinin ilk möhürünü hədiyyə etmişdir. Tuncdan hazırlanan dairəvi möhürün mərkəzində aypara ilə səkkizgüşəli ulduzun təsviri verilmiş, əski əlifba ilə “Bakı Dövlət Darülfünunu (Universiteti)” sözləri yazılmışdır. Möhürün kənarlarında isə rus dilində «Бакинский Государственный Университет» (“Bakı Dövlət Universiteti”) sözləri vardır.

Eksponat haqqında məlumat
Adı:
Bakı Universitetinin ilk möhürü
Dövr:
1919-cu il
Tapıldığı yer:
Ölçüləri:
İnventar nömrəsi:
KTFMF 320