Muzeyin inciləri
H.Z.Tağıyevin qız məktəbinin təntənəli açılış mərasimi
H.Z.Tağıyevin qız məktəbinin təntənəli açılış mərasimi

Muzeyin kolleksiyasında xüsusi yer tutan eksponatlardan biri XX əsrin əvvəllərində Azərbaycanın, eləcə də bütün müsəlman Şərqinin tarixində baş vermis mühüm hadisəni əks etdirir. Bu, 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına təsis edilmiş ilk dünyəvi rus-müsəlman qız məktəbinin açılış mərasimində çəkilmiş fotoşəkildir

Eksponat haqqında məlumat
Adı:
H.Z.Tağıyevin qız məktəbinin təntənəli açılış mərasimi
Dövr:
1901-ci il
Tapıldığı yer:
Bakı
Ölçüləri:
İnventar nömrəsi:
SMF 493/1