Muzeyin inciləri
Azıxantropun alt çənəsi
Azıxantropun alt çənəsi

1968- ci ilin iyun ayında arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin Orta Aşel dövrünə aid V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı ibtidai insana məxsus çənə aşkar etmişdi. İbtidai insanın bu qalığına şərti olaraq “azıxantrop”, yəni “Azıx adamı” adı verilmişdi. Muzeyin Xüsusi fondunda qorunan, mulyajı isə ekspozisiyada nümayiş olunan bu çənə azərbaycanlı mütəxəssislər, paleontoloq professor Dəmir Hacıyev və antropoloq Rəbiyyə Qasımova tərəfindən tədqiq olundu. Müəyyən edildi ki, Azıxdan tapılmış bu paleontropoloji tapıntı ibtidai insana məxsus alt çənənin tam salamat qalmış sağ hissəsidir. Həmin çənənin tamamilə daşlaşmış və rəngini nisbətən dəyişmiş əsası və onun üzərində olan üç azı dişinin yerləşdiyi çənə şaxəsinin çox hissəsi də yaxşı qalmışdır

Eksponat haqqında məlumat
Adı:
Azıxantropun alt çənəsi
Dövr:
Alt paleolit
Tapıldığı yer:
Azıx mağarası (Xocavənd rayonu)
Ölçüləri:
İnventar nömrəsi:
XF163