Muzeyin inciləri
Qadın fiquru
Məhsuldarlıq təcəssümünü ulu ana obrazında ifadə edən qadın fiqurları alimlərin fikrincə pərəstiş obyekti rolunu oynamışdır. 1967-1968-ci illərdə arxeoloq İdeal Nərimanovun Qarğalartəpəsi (Qazax) abidəsində apardığı arxeoloji qazıntılar zamanı tapılmış gil fiqur bu baxımdan çox maraqlıdır. Başsız və qolsuz, ayaqları bitişik, yarıoturmuş vəziyyətdə düzəldilmiş bu heykəlciyin boyun hissəsindəki dalğavari xətlər açılmış saçlara bənzəyir. Alimlərin fikrincə, dövrün incəsənətinin məhsulu olan bu fiqur dini məqsəd daşıyır və saçlarını açıbtökərək yağışın yağması üçün müsəllaya çıxan qadını əks etdirir.
Eksponat haqqında məlumat
Adı:
Qadın fiquru
Dövr:
Neolit dövrü
Tapıldığı yer:
Qarğalar təpəsi (Qazax)
Ölçüləri:
Hündürlüyü 2,3 sm, eni 1 sm, uzunluğu 4,8 sm-dir
İnventar nömrəsi:
AF 24261