Muzeyin inciləri
Gümüş işləməli ipək parça nümunəsi
Gümüş işləməli ipək parça nümunəsi

Muzeyin Etnoqrafiya fondunda qorunan, XVI əsrin məhsulu olan müxtəlif naxışlı ipək parça növləri Azərbaycan şəhərlərində ipəkçiliyin yüksək inkişaf səviyyəsini nümayiş etdirir. Bu baxımdan nümunə kimi təqdim olunan gümüşü saplarla işlənmiş, üstündə açıq qəhvəyi fonda köklü-budaqlı, yaşıl yarpaqlı ağacda oturmuş tutuquşular, uçan kəpənəklər, müxtəlif güllər, güllərdən şirə çəkən arılar, həmçinin ayrı-ayrılıqda və qoşa haşiyə arasında rəngarəng nəbati təsvirləri olan ipək parça özünün nəfisliyi, bədii tərtibatı və rəng ahəngdarlığı ilə nəzəri xüsusi cəlb edir. Bu parça nümunəsinin ölçüsü 17x14sm-dir.

Eksponat haqqında məlumat
Adı:
Gümüş işləməli ipək parça nümunəsi
Dövr:
XVI əsr
Tapıldığı yer:
Azərbaycan
Ölçüləri:
17 x 14 sm
İnventar nömrəsi:
EF 3529