Muzeyin inciləri
Hələf qabı
1962-ci ildə arxeoloq Osman Həbibullayev tərəfindən Cənubi Qafqazın Hələf arxeoloji mədəniyyətinin daşıyıcıları ilə əlaqələrini təsdiq edən boyalı saxsı qab tapılıb. Həmin qab nəfis şəkildə, tərkibində qum qatışığı olan gildən hazırlanmışdı. Səthi qəhvəyi boya ilə rənglənmiş bu qabın üstü tünd qəhvəyi boya vasitəsilə maili xətlər və nöqtələrlə naxışlanmışdır. Onun hündürlüyü 10 sm, ağız diametri 9 sm, oturacaq diametri 5 sm-dir. Çox səliqəli və dövrün mövcud texnikasından daha yüksək səviyyədə hazırlanmış, yaxşı bişirilmiş bu qabın magik xarakter daşıması ehtimal olunur.
Eksponat haqqında məlumat
Adı:
Hələf qabı
Dövr:
e.ə.V minillik
Tapıldığı yer:
I Kültəpə (Naxçıvan)
Ölçüləri:
Hündürlüyü 10 sm, ağız diametri 9 sm, oturacaq diametri 5 sm-dir.
İnventar nömrəsi:
AF 23852