Muzeyin inciləri
Maral formalı ştandart
Qədim tayfalar arasında geniş yayılan tuğ-bayraqlar hər bir dövrdə dövlətçiliyin rəmzi olub. Tunc dövrünə aid tuğ- bayraqlar Şəmkir rayonunun Qaracəmirli kurqanından və başqa ərazilərdən məlumdur. Bunlardan biri də 1989-cu ildə arxeoloq Münəvvər Hüseynova tərəfindən Qaracəmirli kurqanından tapılmış maral fiqurlu tuğ-bayraqdır. Tökmə üsulu ilə hazırlanmış bu tuğ iki hissədən ibarətdir: yuxarı hissəsi maral fiquru, aşağı hissəsi isə halqadır. Onun hündürlüyü 31 sm, eni 6,5 sm, uzunluğu 12,7 sm, diametri 11,8 sm-dir.
Eksponat haqqında məlumat
Adı:
Maral formalı ştandart
Dövr:
Orta tunc dövrü
Tapıldığı yer:
Qaracəmirli (Şəmkir)
Ölçüləri:
Hündürlüyü 31 sm, eni 6,5 sm, uzunluğu 12,7 sm, diametri 11,8 sm-dir.
İnventar nömrəsi:
AF 21644