Muzeyin inciləri
Qurani Kərim
Muzeyin fondlarında qorunan müxtəlif Quran nüsxələri arasında Xüsusi fondda saxlanılan nadir nüsxə özünün bədii keyfiyyəti və tarixiliyi ilə seçilir. Vərəqləri qızıl su ilə işlənilmiş bu nüsxənin saxlandığı gümüş quranqabının hər iki üzü döymə və cızma üsulu ilə, ortada altıguşəli ulduz olmaqla, nəbati naxışlarla bəzənmiş, üst hissəsinə mərcan (90 ədəd) və firuzə qaşlar düzülmüşdür. Mərcanların hamısı qorunsa da, firuzə qaşların irili-xırdalı 11-i qalmış, bir hissəsi düşmüşdür. Quranqabının qulpu güləbətin baftalıdır. Gümüşdən olan qoşa zəncir quranqabının ağzını “həngamə” üsulu ilə bağlayır. Mərcan qaşlı ay-ulduzlu asma salınmış digər gümüş zəncir bəzək elementi kimi quranqabının alt hissəsinə bərkidilmişdir.
Eksponat haqqında məlumat
Adı:
Qurani Kərim
Dövr:
XIX əsrin sonları
Tapıldığı yer:
Azərbaycan
Ölçüləri:
13×9,5 sm
İnventar nömrəsi:
XF 304