Muzeyin inciləri
Nadir şah əyanlarına məxsus geyim – çəpkən
Muzeyin zəngin kolleksiyasında Azərbaycanın istər Rusiya, istər Osmanlı işğalları, istərsə də Azərbaycan dövlətçiliyini Səfəvilərdən sonra bir qədər də möhkəmləndirməyə cəhd edən Nadir şahın hakimiyyət dövrünə dair xeyli maddi-mədəni irs nümunələri qorunur. Bunların arasında muzeyin Etnoqrafiya fondunun çox qiymətli eksponatlarından olan Nadir şah dövrü əyanlarına məxsus geyim növlərindən çəpkəndir. XVIII əsrin əvvəllərində tikilmiş bu çəpkəni hazırlarkən peşəkar tikmə ustası məxmər parça üzərində müxtəlif rəngli ipək və güləbətin saplarla nəbati naxışlar çəkmişdir. Uzunluğu 80 sm olan bu çəpkən kişi geyimi kimi istifadə olunmuşdur.
Eksponat haqqında məlumat
Adı:
Nadir şah əyanlarına məxsus geyim – çəpkən
Dövr:
XVIII əsrin birinci yarısı
Tapıldığı yer:
Azərbaycan
Ölçüləri:
Uzunluğu 80 sm
İnventar nömrəsi:
EF 3571