Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyasında Azərbaycan tarixinin müxtəlif səhifələrini əks etdirən eksponatlar sırasında xüsusi yer silahlara məxsusdur. Muzeyin Silahlar və bayraqlar fondunda saxlanılan müdafiə, soyuq və odlu silahları Azərbaycan xalqının şanlı hərb tarixini əks etdirməklə bərabər sənətkarlığın silahsazlıq sahəsinin yüksək inkişafını nümayiş etdirir. Eyni zamanda bu silahlar təkcə sənətkarlıq əsərləri deyil, yüksək zövqlə hazırlanmış incəsənət nümunələridir.
Milli Azərbaycan Tarixi Muzeyində 28.VI – 15.IX.2022-ci il tarixlərində keçiriləcək “Silahın mistik gözəlliyi (XVI-XIX əsrlər Azərbaycan silahı)” adlı sərgidə Azərbaycan silahları ilk dəfə olaraq sənətkarlıq və incəsənət nümunələri kimi təqdim ediləcək.
Sərgidə 300 ədəd unikal dekorativ tərtibatlı silah nümayiş olunacaq.
Sərgi 28 iyun – 15 sentyabr 2022-ci il tarixlərində davam edəcək.
Sərgiyə giriş pullu olacaq: böyüklər üçün 2 AZN, uşaqlar üşün 1 AZN.
Sərgidə peşəkar foto və videoçəkiliş ödənişli olacaq.