Sərgilər və tədbirlər
21 Oktyabr, 2022
“Azərbaycanlı Prometey - Fərman Salmanov. Sibir neftinin kəşfi” fotosərgisi

21 oktyabr 2022-ci il tarixindən Milli Azərbaycan Tarixi Muzeyinin və Xantı-Mansiysk Muxtar Dairəsi – Yuqranın büdcə təşkilatı Geologiya, neft və qaz Muzeyinin (Rusiya Federasiyası) birgə layihəsi çərçivəsində məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Qurban oğlu Salmanova həsr olunmuş “Azərbaycanlı Prometey - Fərman Salmanov. Sibir neftinin kəşfi” adlı fotosərgisi fəaliyyət göstərir. 

Sərgidə Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş görkəmli alimin həyat və fəaliyyətini əks etdirən 55 unikal foto nümayiş olunur.

Sərgiyə giriş sərbəstdir.