Sərgilər və tədbirlər
18 Fevral, 2025
“Miqrant Ürək” rəsm sərgisi

“Miqrant ürək” adlı sərgi çərçivəsində nümayiş olunacaq əsərlər daha əvvəl Meksikanın müxtəlif bölgələrində, eləcə də ABŞ-nin Los-Anceles, Çikaqo, Dallas, Hyuston, Mayami və Nyu-York kimi iri şəhərlərində sənətsevərlərin ixtiyarına təqdim olunub. 

Sərgi ABŞ-də yaşayan 26 meksikalı və meksikalı-amerikalı rəssamın 45 əsərindən ibarətdir. Səyyar sərginin ideyası Xaricdəki Meksikalıların İnstitutunun dəstəyi ilə həyata keçirilən İkimilliyyətli Rəssamların Yaradıcılığı Günləri ərzində yaranmışdır.

Sərginin kuratoru Marikruz Sibaxa bu əsərlərin ilham mənbəyi haqqında fikirlərini bölüşərək, qeyd edib ki, səxavətlilik onun incəsənətində ana mövzu kimi çıxış edir və bu məfhumu insanlararası münasibətlərdə və insan-təbiət münasibətlərində əks etdirir.