Bizimlə öyrən
29 Mart, 2021
"Qarabağın qədim dövr maddi-mədəni irsi muzey arxeologiyası müstəvisində (Milli Azərbaycan Tarixi Muzeyinin nümunəsində)”
Muzeyin Arxeologiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadənin hazırladığı "Qarabağın qədim dövr maddi-mədəni irsi muzey arxeologiyası müstəvisində (Milli Azərbaycan Tarixi Muzeyinin nümunəsində)” adlı slayd-mühazirəni təqdim edirik.
Milli Azərbaycan Tarixi Muzeyi fəaliyyətə başladığı gündən indiyə kimi Azərbaycanın maddi-mədəni irsinin öyrənilməsi və qorunması, eləcə də təbliği və təşviqi işinə böyük önəm verib. Bu baxımdan şanlı ordumuz tərəfindən Ermənistan işğalından azad edilmiş Qarabağın qədim və zəngin mədəniyyəti də istisna təşkil etmir. Muzey həmişə Qarabağın maddi, o cümlədən arxeoloji irsinə böyük diqqət ayırıb. “Qarabağın qədim dövr maddi-mədəni irsi muzey arxeologiyası müstəvisində (Milli Azərbaycan Tarixi Muzeyinin nümunəsində)” adlı hazırki mühazirə Muzeyin Qarabağ bölgəsində apardığı arxeoloji tədqiqatlara, habelə bu tədqiqatlardan əldə edilmiş nəticələrin ictimaiyyələşdirilməsinə həsr edilib. Belə ki, Muzeyin Arxeologiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadənin hazırladığı bu slayd-mühazirədə Azərbaycanın daş dövrü abidələrindən olan Azıx və Tağlar, erkən əkinçi-maldar tayfalara məxsus İsmayılbəytəpə abidələrində aparılmış tədqiqatlara nəzər salınıb. Bundan əlavə mühazirədə Qarabağın həmin və digər abidələrindən tapılmış maddi nümunələr də müəyyən dərəcədə işıqlandırılıb. Mühazirədə həmin tapıntıların muzeyin müvafiq kolleksiyalarında qorunması, bərpası və sərgilənməsi məsələləri də ümumiləşdirilərək konkret şəkildə təqdim edilib.