Bizimlə öyrən
11 Oktyabr, 2021
"H.Z.Tağıyev klubu” fəaliyyətini davam etdirir
Diqqətinizə çatdırırıq ki, muzeydə yaradılan "H.Z.Tağıyev klubu” fəaliyyətini davam etdirir. Xatırladaq ki, bu klub 2013-cü ildən Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərir. Klubun əsas məqsədi dahi şəxsiyyətin həyat və fəaliyyəti haqqında əsaslı bilgiləri paylaşmaq və gənc nəsli milli-mənəvi dəyərlərə sahib çıxmağa təşviq etməkdir.

Klubun əsas fəaliyyət istiqamətləri klub üzvlərinə və qonaqlara H.Z.Tağıyevin ev muzeyində əyani olaraq ekskursiyalar təşkil etmək, foto-slaydla seminar, mühazirələr, kvestlər və ustad dərsləri keçirməkdir.

Qeyd edək ki, klubun tədbirləri Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsi tərəfindən  canlı və onlayn şəkildə keçiriləcək. 2021-ci il sentyabrın 21-dən etibarən kluba  bütün yaş təbəqələrindən olan üzvlərin  qəbulu elan edilir.

Kluba üzv olmaq istəyənlər bu nömrələrlə əlaqə saxlaya bilərlər. 012-493-11-34; 055-665-52-57; 055734-76-64 Ünvan: Milli Azərbaycan Tarixi Muzeyi, H.Z. Tağıyev küç. 4.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az saytına istinad zəruridir.