“Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri: Milli Azərbaycan Tarixi Muzeyinin Elmi- kütləvi iş və təhsil şöbəsinin elmi işçisi Ələkbərova SahibəMəqsəd: Gənc muzeyşünaslar klubunu yaratmaqda məqsəd, muzey işi kadırların hazırlanmasına müəyyən istiqamət verməklə yanaşı, bu sahəyə daha çox marağı olan tələbələri seçməklə, onlara şəraitin yaradılması idi. Klubun üzvləri: Azərbaycan Mədəniyyət və İncəsənət universitetinin, Azərbaycan Turizm və Menicment universitetinin, “Muzeyşünaslıq” ixtisası üzrə ixtisaslaşan müxtəlif kurslardan olan 60 – nəfər könüllü tələbələri
Klubun yaranması: 2017 ci ilin may ayının 3 də Azərbaycan təhsil müəssələrində bilavasitə “Muzeyşünaslıq” ixtisası üzrə ixtisaslaşan tələbələrin bir araya gəlməsi və bu ixtisasa daha dərindən yiyələnmək üçün nəzəriyyə ilə təccürbənin vəhdət təşkil etməsinin vacib şərtlərdən olduğunu məqsədyönlü hesab edərək, Milli Azərbaycan Tarixi Muzeyində yeni bir layihənin-“ Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun yaradılmasının reallaşdırılmasına nail olduq. Klubun açlış mərasimində könüllü olaraq, müxtəlif kurslardan seçilmiş tələbələrə Milli Azərbaycan Tarixi Muzeyinin üzvülik vəsiqələri təqdim olunmuşdur. Hazırlanmış proqram əsasında klub üzvlərinin muzey mütəxəssisləri tərəfindən müxtəlif mövzulu mühazirələrdə, muzeyin müəyyən tədbir və seminarlarında fəal iştiraka görə, 27 nəfər tələbə 21 dekabır 2018 –ci il tarixində “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun bir illik hesabat tədbirində , Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən sertfikat və muzeyin nəfis nəşirləri ilə
qiymətləndirilmişlər. Kluba, bu ilin yanvar ayında yuxarıda adı çəkilən təhsil müəsissələrindən 36 nəfər yeni könüllü tələbə üzv yazılmışdır. Bu tələbələrə də klubun üzvlük vəsiqəsi təqdim edilmişdir.Həyata keçirdiyimiz və gələcəkdə nəzərdə tutduğumuz planlar: Klubun proqramına daxil etdiyimiz “Muzeylərimizi tanyaq və tanıtdıraq” adlı layihəni həyata keçirməkdə əsas məqsəd, müxtəlif profilli muzeyləri muzeyşünas tələbələrə tanıtmaqla yanaş ,onların da muzeyşünas kadır kimi nəzəri formada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin və Azərbaycan Turizm və Menicment Universiteti tərəfindən, praktiki cəhətdən Milli Azərbaycan Tarixi muzeyinin dəstəyi ilə “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nunüzvləri kimi yetişdirildiyini muzey rəhbərlərinə tanıdılmasına nail olmaq idi. Klub olaraq Muzeylər üçün ixtisaslı kadır təminatına yardım etmək məqsədi ilə belə praktiki təlimləri həyata keçirmək üçün müxtəlif profilli muzeylərin iş üslubu ilə yaxından tanış olmağı qarşımıza məqsəd qoyaraq ayda bir dəfə olmaqla digər profilli muzeylərə ekskursiyalar təşkil edirik . Layihə çərçivəsində ərzində ondan artıq muzeydə olmuşuq. “Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində 2020 cu ildə həyata keçirmək istədiyimiz digər tədbirlərdən biri də fiziki məhdudiyyətli insanlara muzeylərin tanıdılması istiqamətində işlərin aparılmasıdır. Əsas məqsəd cəmiyyətimizin bu təbəqədən olan üzvülərini cəmiyyətə adaptasiyasına yardım etməklə yanaşı, Onların da bu cəmiyyətin bir parçası olaraq cəmiyyətə yararlı olduqlarını təsdiq etməklərinə imkan yaratmaqdır.