
Milli Azərbaycan Tarixi Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Emin Dadaşov muzeyin ekspozisiyasında nümayiş olunan yeni materiallar barədə AzTV-nin “Telesəhər” verilişinə müsahibə verib. E.Dadaşov qeyd edib ki, “muzeyin ekspozisiyasında “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin Aktau şəhəri ərazisində qəzaya uğraması nəticəsində həlak olmuş Azərbaycanın Milli Qəhrəmanları – İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevaya aid şəxsi əşyalar (İqor Kşnyakinə məxsus uniforma, uçuş kitabçası, diplom, təyyarə kapitanı paqonları, qələm, qalstuk sancağı, Aleksandr Kalyaninovaya məxsus uniforma, qələm, yaxa kartı, qalstuk sancağı, Hökümə Əliyevaya məxsus bələdçi geyimi, qeyd dəftərçəsi, qələm, döş nişanı, bələdçi geyiminin şərfi) ictimaiyyətə təqdim olunur. Həmçinin, qəza zamanı sağ qalan ekipaj üzvləri- bələdçi Zülfiqar Əsədov və Aydan Rəhimlinin şəxsi əşyaları (Zülfiqar Əsədova aid bələdçi geyiminin elementi, qalstuk, Aydan Rəhimliyə aid döş nişanı) sözügedən vitrində yer alır”.
Müsahibə zamanı təqdim olunan yeni eksponatları izləyən ziyarətçilər də təəssüratlarını bölüşüblər. Qeyd ediblər ki, “həmin eksponatlara baxanda o faciəni sanki bir anlıq yaşayırsan və anlayırsan ki, bu tarix gərək heç vaxt silinməsin.”
Ətraflı keçiddə