2026-cı il iyun ayında Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq sərgi təşkil olunacaq. Sərgi Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə həyata keçiriləcək və burada türk dünyasının elmi-mədəni tarixini əks etdirən zəngin materiallar nümayiş olunacaq.
Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Türk Mədəniyyəti və İrsi Fondu arasında imzalanmış Memorandum əsasında ərsəyə gələcək. Sərgi layihəsi çərçivədə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultaya aid nadir eksponatlar, arxiv sənədləri, fotoşəkillər və digər qiymətli materialların təqdim olunması nəzərdə tutulur. Layihənin məqsədi türk xalqlarının ortaq elmi və mədəni irsini, həmçinin bu mühüm tarixi hadisənin əhəmiyyətini geniş ictimaiyyətə bir daha diqqətə çatdırmaqdır.
Bu barədə muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov AZƏRTAC-a müsahibəsində məlumat verib.
Ətraflı məlumat keçiddə