XƏBƏRLƏR
26 İyun, 2025
26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür
1918-ci ildə Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Milli Ordu bu günə qədər ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunmasında mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən isə Milli Ordunun yarandığı 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi elan edilib və bu günədək ölkə miqyasında qeyd edilir. Əlamətdar günlə bağlı 2020-ci ildə işğaldan azad edilmiş ərazilərdə dalğalandırılan və sonradan Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fonduna hədiyyə olunan bayrağı təqdim edirik. Bayrağın bir üzündə “Azərbaycan Silahlı Qüvvələri” sözləri və emblemi, digər üzündə isə “Azərbaycan uğrunda” sözləri yazılıb. Adıçəkilən bayraq Şuşanın azad olunduğu ilk günlərdə Şuşa qalasından ucaldılıb.
Muzeyin əməkdaşı Bakı Slavyan Universitetində açıq dərs keçib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Muzeyin əməkdaşının tezisi ICOM-un beynəlxalq konfransının toplusunda dərc olunub
Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirovanın “From Seabed to Showcase: Preservation and Interp...
Muzeydə “Tağıyev Sarayının memarlıq inciləri” adlı tədbir-sərgi keçirilib
Noyabrın 20-də Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsi ilə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşki...
Milli Azərbaycan Tarixi Muzeyi Türkiyədə keçirilmiş beynəlxalq muzeyşünaslıq konqresində təmsil olunub
17–18 noyabr 2026-cı il tarixlərində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində, Prezident Külliyyəsində yerləşən Prezident Administrasiyasının...
Muzeyin əməkdaşları YAP-ın yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbirdə təltif ediliblər
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ildönümü münasibətilə Beynəlxalq Muğam Mərkəzində YAP Səbail rayon təşkilatının təşkilatçılığı i...
Milli Dirçəliş Gününə həsr olunmuş maarifləndirici dərs keçirilib
17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə muzeyi...
Muzeydə Konstitusiya Gününə həsr olunmuş interaktiv dərs keçirilib
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin ...
12 Noyabr – Konstitusiya Günüdür
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə xalqımızı təbrik edir, dövlətçiliyimizin və hüquqi dəyərlərimizin daim möhkəmlən...