Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirovanın “From Seabed to Showcase: Preservation and Interpretation of Underwater Archaeological Finds at the National Museum of History of Azerbaijan” (“Dəniz dibindən muzey vitrinlərinə: Milli Azərbaycan Tarixi Muzeyində sualtı arxeoloji tapıntıların mühafizəsi və interpretasiyası”) adlı tezisi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Tarix və Arxeologiya Muzeyləri Komitəsinin (ICMAH) 2026-cı il üzrə illik konfransının tezislər toplusunda dərc olunub.
“Exploring the Depths – The Inspirational Journey of Maritime Archaeology” (“Dərinliklərin kəşfi – dəniz arxeologiyasının ilhamverici səyahəti”) mövzusunda keçirilən beynəlxalq konfrans 28–30 oktyabr 2026-cı il tarixlərində Xorvatiyanın Zadar şəhərində baş tutub.
Konfransda dəniz arxeologiyasının aktual problemləri, sualtı mədəni irsin tədqiqi və mühafizəsi, arxeoloji tapıntıların muzey kolleksiyalarında qorunması və ictimaiyyətə təqdimatı, eləcə də bu sahədə beynəlxalq təcrübə və müasir yanaşmalar diqqət mərkəzində olub.
Tezislə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://icmah.mini.icom.museum/wp-/az/content/uploads/sites/56/2026/10/ICMAH-2026_Exploring-the-Depths-Abstract-booklet.pdf