Muzeyin nəşrləri
Zoomorf təsvirli şirli qablar
Zoomorf təsvirli şirli qablar

Zoomorf təsvirli şirli qablar. Kataloq, Bakı: “Elm və təhsil”, 2016, 164 s.

Kataloqun ərsəyə gəlməsi üçün Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda mühafizə edilən 229 ədəd zoomorf təsvirli şirli qab və qab parçaları cəlb olunmuşdur. Bu nümunələrin əksəriyyəti Azərbaycanın orta əsr yaşayış məskənlərindən – Örənqala (Qədim Beyləqan), Qədim Gəncə, I və II Bəndovan, Qəbələ, Bakı (Abşeron), Şəmkir və Qaratəpədən (Beyləqan) arxeoloji qazıntılar zamanı əldə edilmişdir.Bundan əlavə , kataloqa Buğurt qalasından və naməlum ərazilərdən təsadüf nəticəsində aşkar edilmiş şirli qab nümunələri də cəlb olunmuşdur. Həmin saxsı nümunələri xronoloji baxımdan  IX-XVI əsrləri əhatə edirdi. Aşağıda verilmiş cədvəldən aydın olur ki, zoomorf təsvirlərin 141-i quş, 84-ü müxtəlif heyvan və 3-ü isə balıq rəsmlərindən ibarətdir.

Kitab haqqında
Adı:
Zoomorf təsvirli şirli qablar
Müəllif(lər):
Nasir Quluzadə, Gennadi Ağayev. Elmi redaktor: akademik Nailə Vəlixanlı